“Azərkosmos” 2029-cu ilin sonuna qədər yeni “Azerspace-3” telekommunikasiya peykini istifadəyə verməyi planlaşdırır. Layihə “Azerspace-1” peykinin istifadə müddətinin başa çatması ilə əlaqədar həyata keçirilir.
“AZCON Holdinq”in icraçı direktoru Şahin Babayev bildirib ki, hazırda həm telekommunikasiya, həm də Yer müşahidə peykləri üzrə fəaliyyət genişləndirilir. Eyni zamanda “Azersky-2A” müşahidə peyki layihəsi üzrə işlər də davam edir və 2029-cu ilin sonuna qədər tamamlanması nəzərdə tutulur.
Yeni layihələrlə “Azərkosmos” kosmik xidmətlər sahəsində imkanlarını daha da artırmağı hədəfləyir.